Rusiyanın “Zenit” və Azərbaycanın “Neftçi” klubunun keçmiş çalışdırıcısı Vlastimil Petrjela Aleksandr Kerjakovun “Sabah”ın baş məşqçisi postuna mümkün təyinatına münasibət bildirib.
Sportal.az xəbər verir ki, “Чемпионат”a danışan çexiyalı mütəxəssis məsələ haqda bunları deyib:
“Aleksandr Kerjakov özünü "Sabah"da özünü sınaya bilər. Buna dəyərdi. Bu, məşqçi işidir. Klubun harada yerləşməsinin fərqi yoxdur. Kerjakov hələ də perspektivli məşqçidir”.
Qeyd edək ki, Rusiya mətbuatı Aleksandr Kerjakovun “Sabah”ın yeni baş məşqçisi olacağını iddia edib.
saytlarin hazirlanmasi