"Turan Tovuz"un legioneri Otto Con "CBC Sport"da yayımlanan "Legioner" verilişinə danışıb.
Sportal.az xəbər verir ki, nigeriyalı forvard "Turan Tovuz" azarkeşlərinin onlara olan dəstəyindən danışıb:
"Turan Tovuz" azarkeşləri Azərbaycanda tribunaya gələn ən çox azarkeşlərdir. Fərqi yoxdur, evdə oynayırıq yoxsa, səfərdə onlar daim yanımızdadır. Bakıda oynayanda belə, 100-150 nəfər azarkeşimiz olur.
Bu, isə heç də asan məsələ deyil. Çünki Tovuzla Bakı arasında məsafə böyükdür. 50 də olsa, 100 də olsa, onlar bizim üçün vacibdir. İndi havalar da soyuq keçir. Amma yenə gəlirlər. Buna görə səfərdə oynamaq bizə problem yaratmır".
saytlarin hazirlanmasi