Argentinanın Olimpiya yığmasının baş məşqçisi Xavyer Maskerano bildirib ki, o, “İnter Mayami”nin hücumçusu Lionel Messini 2024-cü ildə Parisdə keçiriləcək Olimpiya oyunlarına dəvət etməyə hazırdır.
Sportal.az xəbər verir ki, "ESPN"ə açıqlama verən Maskerano məsələ haqda bunları deyib:
"Lionel Messi ilə dostluğum hamıya bəllidir. Onun kimi futbolçu Olimpiya oyunlarında bizə kömək edə bilər. Ancaq aşkar qərar ondan və şəraitdən asılı olacaq".
Maskerano 2003-2018-ci illər arasında Argentina millisinin şərəfini qoruyub.
saytlarin hazirlanmasi