"LKS Lodz"un baş məşqçisi Petr Stokovets Azərbaycan yığmasının müdafiəçisi Rahil Məmmədovun Polşa çempionatının 19-cu turunun “Korona” ilə oyunundakı (1:2) debütünü şərh edib.
Sportal.az “lksfans.pl” portalına istinadən xəbər verir ki, polşalı mütəxəssis çalışdırıcısı Məmmədovla bağlı bunları deyib:
"Hesab edirəm ki, Hüseyn Baliç və Rahil Məmmədov keyfiyyətli oyunçulardır. Onlar “Korona” ilə matçda bunu göstərdilər. Onların və bizim işimiz sayəsində, fərqli “LKS Lodz” gördük. Düşünürəm ki, bu, bizim görmək istədiyimiz komandadır".
Qeyd edək ki, Rahilin komandası hazırda 10 xalla Polşa çempionatında sonuncu pillədədir. 17-ci pillədəki "Rux" komandası isə 13 xala malikdir.