"Mübariz Mənsimov stadionun fotosunu paylaşıbsa, demək ki, "Xəzər Lənkəran"ın qayıtmasını istəyir"

13:17 - 13 Fevral 2024

"Ümid edirəm ki, "Xəzər Lənkəran" böyük futbola qayıdacaq. Bu, bölgə futbolu və "Xəzər Lənkəran" azarkeşləri üçün yaxşıdır. Bu komandanın fanatları möhtəşəmdir".

Bu sözləri Sportal.az saytına açıqlamasında “Xəzər Lənkəran”ın sabiq futbolçusu Adrian Skarlatake deyib. Uzun illər Lənkəran klubunun formasını geyinmiş rumıniyalı “Xəzər Lənkəran”ın fəaliyyətini bərpa edəcəyi ilə bağlı çıxan xəbərləri şərh edib.

Bununla yanaşı, klubun fəxri prezidenti Mübariz Mənsimovun instaqram səhifəsində Lənkəran şəhər stadionunun fotosunu paylaşmasına fikir bildirib:

"Lənkəran şəhər stadionun təmirə bağlanması, artıq müəyyən addımların atılması mənim üçün sürpriz deyil. Yaxşı stadion idi. Təəssüf ki, "Xəzər Lənkəran" neçə ildir ki, yoxdur. Amma ümidvaram ki, onlar Premyer Liqaya qayıdacaq. Mübariz Mənsimov stadionun fotosunu paylaşıbsa, demək ki, "Xəzər Lənkəran"ın qayıtmasını istəyir. Bu komanda Lənkəran və onun ətrafındakı rayonlar üçün çox vacib komandadır. Ümid edək ki, tezliklə “Xəzər Lənkəran”ı yüksək liqada görəcəyik”.

2011-2015-ci illərdə “Xəzər Lənkəran”da oynamış Skarlatake hazırda Rumıniyada “Argeş” klubunun kapitanıdır.

Mirbağırağa

Xəbər xətti