Avropa Liqasının pley-off mərhələsinin "Braqa" - "Qarabağ" görüşünün hakim təyinatları bəlli olub.
Sportal.az xəbər verir ki, qarşılaşmanı Danimarkadan olan hakimlər briqadası idarə edəcəklər.
Baş hakim Morten Kroq, köməkçiləri Vollenberq Rasmussenlə Steffen Bramsen olacaqlar. Dördüncü hakim funksiyasını Mikkel Redder yerinə yetirəcək.
VAR niderlandlı Rob Dieperink, AVAR danimarkalı Yonas Hansenə tapşırılıb.
"Braqa" - "Qarabağ" matçı fevralın 15-də keçiriləcək. Oyuna Bakı vaxtı ilə saat 00:00-da start veriləcək.
saytlarin hazirlanmasi