Xorvatiya mətbuatı “Dinamo”nun (Zaqreb) zədəli futbolçularının, o cümlədən azərbaycanlı hücumçu Mahir Emrelinin vəziyyətinə toxunublar.
Sportal.az xəbər verir ki, “Germanijak” portalı millimizin forvardının durumu haqda bunu yazıb:
"Mahir Emreli də bərpa prosesini keçir, sağalır. Lakin ona daha çox vaxt lazımdır. Məsələ onun Marko Roq və Luka Stoykoviçdən əvvəl meydana çıxıb-çıxmayacağıdır. O, ilin ilk yoldaşlıq matçında əzələsini zədələyib və təxminən iki ayı buraxacağı gözlənilir. Ona görə də, böyük ehtimalla, Emreli yalnız martın əvvəlində məşqlərə başlayacaq. Sonra isə heyətə qayıtması üçün ona bir qədər vaxt lazım olacaq".
saytlarin hazirlanmasi