"Mançester Siti" ÇL-də rekorda imza atdı

11:34 - 14 Fevral 2024

Dünən "Mançester Siti" Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyununda "Kopenhagen"ə qalib gəlib (3:1).

Sportal.az xəbər verir ki, “Opta”nın məlumatına görə, "şəhərlilər" turnirdəki son doqquz matçında qalib gəlib və bu, Premyer Liqa komandaları üçün avrokuboklarda ən uzun qələbə seriyası olub.

“Mançester Siti” Çempionlar Liqasında ardıcıl 7 oyunda ən azı 3 qol vuran ilk klub kimi tarixə keçib.

Xatırladaq ki, qrup mərhələsində Mançester təmsilçisi hər bir oyunda 3 qol vuraraq 6 qələbə qazanıb.

Xəbər xətti