“Rayo Valyekano” baş məşqçisi ilə yollarını ayırıb.
Sportal.az xəbər verir ki, İspaniya klubu Fransisko Rodriqesin müqaviləsinə xitam verib.
Madrid klubunun rəhbərliyi uğursuz nəticələrə görə bu addımı atıb. 24 turdan sonra “Rayo Valyekano” 24 xalla 14-cü pillədədir.
45 yaşlı ispaniyalı məşqçi Andoni İraolanı əvəzləmək üçün cari mövsüm başlamamış “arılar”ın düşərgəsinə dəvət edilsə də, komandanın əvvəlki səviyyəsini belə qoruyub saxlaya bilməyib. Primero klubuna hansı məşqçinin dəvət ediləcəyi hələ ki, dəqiq deyil.
saytlarin hazirlanmasi