Tomaş Vaçlik İspaniyaya qayıdıb.
Sportal.az xəbər verir ki, çexiyalı qapıçı İspaniyanın "Albasete" klubu ilə anlaşıb.
Çexiya millisinin üzvü mövsümün sonuna qədər bu klubun qapısını qoruyacaq.
Daha çox 2019/2020 mövsümündə Avropa Liqasının qalibi olduğu "Sevilya"dakı oyunu ilə tanınan çexiyalı son olaraq ABŞ-da “Nyu Enqland Revoluşon"da oynayırdı.
"Albasete" hazırda 22 komanda arasında Sequndada 20-ci pillədədir. 34 yaşlı qapıçı "Bazel", "Sparta"(Praqa), "Sevilya", "Olimpiakos", "Haddersfild" klublarının qapısını qoruyub.
saytlarin hazirlanmasi