"Mançester Siti"nin aparıcı futbolçusu sıradan çıxdı

14:17 - 14 Fevral 2024

"Mançester Siti"nin müdafiəçisi Yoşko Qvardiol sıradan çıxıb.

Sportal.az xəbər verir ki, xorvatiyalı oyunçu zədə səbəbindən Çempionlar Liqasının 1/8 final mərhələsinin "Leyptsiq"lə görüşünü də buraxmalı olub.

"Şəhərlilər"in baş məşqçisi Xosep Qvardiola Yoşkonun zədəsi ilə bağlı belə danışıb:

"Qvardiol topuq bağından zədə alıb, o, bu səbəbdən 2-3 həftə oynaya bilməyəcək".

Xorvatiya millisinin üzvü bu mövsüm "Mançester Siti"nin heyətində 29 matçda iştirak edib, 1 məhsuldar ötürmə verib.

Xəbər xətti