Azərbaycan Birinci Liqasında mübarizə aparan "Mingəçevir" "Zirə"nin futbolçusunu heyətinə qatıb.
Sportal.az xəbər verir ki, bölgə klubu Taleh Fərmanovu transfer edib.
21 yaşlı yarımmüdafiəçi ilə mövsümün sonunadək müqavilə bağlanıb.
"Mingəçevir" 13 turdan sonra 14 xalla 8-ci pillədədir.
Qeyd edək ki, "Zirə"nin digər fubolçusu Zahir Mirzəzadə "Cəbrayıl"a keçmişdi.
saytlarin hazirlanmasi