PSJ braziliyalı üçün 100 milyon ödəməlidir

10:34 - 15 Fevral 2024

"Nyukasl"ın yarımmüdafiəçisi Bruno Gimarayeş PSJ-yə keçməyə yaxındır.

Sportal.az "Footmercato"ya istinadən xəbər verir ki, Paris klubu braziliyalı üçün artıq qarşı tərəflə danışıqlara başlayıb.

İngiltərə klubu isə Brunonu 100 milyon avrodan aşağı satmayacağını PSJ rəhbərliyinə bildirib. Maliyyə məsələlərində razılıq olarsa, "Nyukasl"ın üzvü yeni sezondan Fransa klubunda oynayacaq.

Gimarayeş 2022-ci ilin yanvarında “Lion”dan “Nyukasl”a keçib. Onun klubla müqaviləsi 2028-ci ilin yayına kimi nəzərdə tutulub. 

O, karyerası ərzində "Audaks", "Atletiko Paranaense" komandalarında da oynayıb.

Xəbər xətti