Portuqaliyanın “Braqa” klubunun kapitanı Rikardo Horta bu gün Avropa Liqasının pley-off mərhələsinin “Qarabağ”a qarşı keçiriləcək ilk oyununu buraxa bilər.
Sportal.az “O Jogo”ya istinadən xəbər verir ki, cinah yarımmüdafiəçisi oyunöncəsi məşqdə iştirak etməyib.
Klubdan bildiriblər ki, Horta fiziki problemlərə görə idman zalında qalmalı olub. Üstəlik, Adrian Marin və Bruma da bu oyunda oynamayacaq.
Lakin “Sportinq”lə (0:5) oyunu buraxan Serdar Saatçi “Qarabağ”la matçda meydanda olacaq.
saytlarin hazirlanmasi