Portuqaliya mətbuatı Avropa Liqasının pley-off mərhələsinin “Braqa” - “Qarabağ” arasında keçiriləcək ilk oyun ərəfəsində ev sahiblərinin əsas bombardiri Simon Banzanın Afrika Millətlər Kubokundan sonra düşərgəyə qayıtmasını qeyd edib.
Sportal.az xəbər verir ki, "O Jogo" afrikalı forvardın bu gün keçiriləcək matçda iştirakının mümkün olduğunu yazıb:
"Braqa"nın Banzasız dövrü "Sportinq"ə ağır məğlubiyyətlə (0:5) başa çatdı. İndi bizə avrokubokdakı matçda enerjili cavab lazımdır. Bu gün komanda ilə məşqlərə qayıdan konqolunun "Qarabağ"la ilk görüşdə oynamaq ehtimalı yüksəkdir. Banza qollarını vurmalı, “Braqa”nı canlandırmalı və komandanın Avropa xəyallarını gerçəkləşdirərək hücumda özünü təsdiqləməlidir”.
“Braqa" - "Qarabağ" matçı bu axşam “Munisipal” stadionunda keçiriləcək və Bakı vaxtı ilə 00:00-da start veriləcək.
saytlarin hazirlanmasi