"Azərbaycanın İsveçə qarşı keçirəcəyi oyunlar mənim üçün çox maraqlıdır"

12:49 - 15 Fevral 2024

İsveç yığmasının sabiq üzvü, Bakıda dünyaya gələn, vaxtı ilə AFFA-nın yığmamıza cəlb etmək istədiyi Jiloan Hamad Sportal.az saytına açıqlama verib.

Taylandda "Uthai Thani" klubunda oynayan Hamad Millətlər Liqasında İsveçin Azərbaycanla eyni qrupa düşməsini şərh edib. Bununla yanaşı, yarımmüdafiəçi komandaların qrupda birinci yer tutmaq şanslarını qiymətləndirib: 

"İsveç millisinin Azərbaycanla eyni qrupa düşməsini gördüm. Çox maraqlı olacaq. İsveç millisi hazırda baş məşqçi axtarışındadır, yəni, yeni baş məşqçi, yeni stil olacaq. Hadisələrin necə cərəyan edəcəyini gözləyirəm.

Təbii ki, mənim üçün doğma olan, dünyaya gəldiyim ölkənin İsveçə qarşı oyunları mənim üçün çox maraqlıdır. İsveçdə yeni nəsil çoxlu sayda futbolçular yetişir. Azərbaycan İsveçlə bir müddət əvvəl elə üz-üzə gəlib. Hər halda, həmin oyunlar geridə qaldı, yeni matçlar daha da cəlbedici olacaq. Oyunları izləyəcəm. Amma proqnoz verməyə çətinlik çəkirəm".

33 yaşlı futbolçu “Malmö”, “Hoffenhaym”. “Standard”(Liej), “Hammarbü”, “İnçon Yunayted”, “Qoritsa”, “Örebro” kim klublarda oynayıb. O, İsveçin əsas millisində 8 oyun keçirdikdən sonra İraq yığmasının formasını geyinmək qərarı almışdı.

Mirbağırağa

Xəbər xətti