"Qarabağ" uzun müddətdir ki, avrokuboklarda oynayır. Onların avrokuboklarda böyük təcrübəsi var. Bu da "Qarabağ"ın çox uzaqlara gedib çıxmasına imkan yaradır. Üstəlik, onlar çox yaxşı futbol nümayiş etdirir. Məncə, bu komanda avrokuboklarda yoluna davam etməyə qadirdir və layiqdir. Bu mövsüm də qruplarda çox yaxşı futbol nümayiş etdiriblər. "Qarabağ"ın oyununu izləmək çox xoşuma gəlir. Onların "Braqa" ilə oyunundan da zövq alacağıma əminəm. Əgər onlar "Braqa"ya qalib gələrsə, bu, mənə daha çox xoş olacaq. Ümid edirəm ki, bu baş verəcək".
Bu sözləri Sportal.az saytına açıqlamasında "Qarabağ"ın sabiq futbolçusu Artim Şakiri deyib.
Vaxtı ilə Ağdam klubunda oynamış şimali makedoniyalı "Qarabağ"ın Avropa Liqasının pley-off mərhələsinin "Braqa"ya qarşı keçirəcəyi ilk oyunu ilə bağlı şanslarını dəyərləndirib. Şimali Makedoniya millisinin də kapitanı olmuş veteran futbolçu belə danışıb: "Qarabağ” elə səviyyəyə gəlib çatıb ki, bu komandadan hər oyunda uğurlu nəticə gözləmək olar. Amma təbii ki, “Braqa” daha da çətin komandadır. Mən hətta “Braqa”nın “Bayer”dən (Leverkuzen) daha çətin komanda olduğunu düşünürəm. Doğrudur, “Braqa” böyük klub deyil. Lakin çox güclü mentalitetə malikdir. Çətin oyunlar keçəcəyi dəqiqdir.
"Qarabağ" elə səviyyəyə çatıb ki, onlardan hər zaman uğurlu nəticə gözləmək olar. İnanıram ki, “Qarabağ” “Braqa”ya heç bir oyunda uduzmayacaq. "Qarabağ"ın məşqçilər korpusu da hər rəqibi yaxşı analiz edir, onlar qarşısında əla oynayırlar".
Qeyd edək ki, "Braqa" - "Qarabağ" görüşü Bakı vaxtı ilə 00:00-da start götürəcək.
saytlarin hazirlanmasi