“Arsenal”ın yarımmüdafiəçisi Martin Odeqaard "Real"a qayıda bilər.
Sportal.az xəbər verir ki, bu barədə “Marca” nəşri məlumat yayıb. Madrid klubunun rəhbərliyinin və məşqçilər korpusunun norveçlinin çıxışından heyran qaldığı və yeni mövsüm üçün əsas heyətdə görmək istədikləri bildirilir. PSJ də Odeqaard üçün təklif irəli sürüb.
Lakin “Kral klubu” sabiq futbolçusunu geri qaytarmaqda israrlıdır. Norveçli 2015-2021-ci illərdə “Real”ın futbolçusu olub. Onun “Arsenal”la müqaviləsi 2028-ci il iyunun 30-na qədərdir.
saytlarin hazirlanmasi