Polşa mətbuatı Azərbaycan millisininü üzvü Rahil Məmmədovun “LKS Lodz”un heyətində ölkə çempionatının 19-cu turunun “Korona” (1:2) ilə görüşdəki debütünü dəyərləndirib.
Sportal.az xəbər verir ki, “lksfans.pl” portalı “Qarabağ”ın sabiq futbolçusu barədə bunları yazıb:
“Debütantlardan biri Hüseyn Baliç idi. “LKS Lodz”un forvardı üçün uğurlu çıxış oldu. Avstriyalı ilk dəqiqələrdən meydana daxil olaraq komandasının yeganə qoluna imza atdı. Start heyətinə daha bir yeni gələn Rahil Məmmədov oldu ki. O, bir neçə səhvə yol versə də, həqiqətən yaxşı oyun nümayiş etdirdi. Məmmədov meydanda ən yaxşılardan idi".
Qeyd edək ki, Rahil Məmmədov bu qış “Qarabağ”dan “LKS Lodz”a keçib.
saytlarin hazirlanmasi