Portuqaliya millisinin üzvü Kriştiano Ronaldo klub karyerasında 1000-ci matçını keçirib.

Sportal.az xəbər verir ki, "Əl-Nəsr"in formasını geyinən təcrübəli hücumçu yubileyini Asiya Çempionlar Liqasının "Əl-Feyha" ilə matçına təsadüf edib.

Ronaldo "Əl-Nəsr"in qələbə qazandığı görüşdə komandasının yeganə qolunu vurub.