Koreya Futbol Assosiasiyasının məsləhət komitəsi Asiya Kubokunun yarımfinalında İordaniyaya məğlubiyyətdən sonra milli komandanın baş məşqçisi Yurgen Klinsmannın istefaya göndərilməsini tövsiyə edib.
Sportal.az xəbər verir ki, almaniyalının Cənubi Koreyadakı populyarlığı turnir zamanı kəskin şəkildə aşağı düşüb. Bir çoxları meydanda komandasının işləri yolunda getməyəndə belə, gülümsəməsini tənqid edib.
Klinsmann da vaxtının çox hissəsini hazırda yaşadığı Los-Ancelesdə keçirməsinə görə də koreyalılar tərəfindən tənqidlərlə üzləşib.
59 yaşlı mütəxəssis 2023-cü ilin fevralından Cənubi Koreya millisində çalışır. Onun rəhbərliyi altında koreyalılar 19 oyun keçirib, 9-da qalib gəlib, 5-də heç-heçə edib, 5-də uduzub. Xatırladaq ki, 2023-cü il Asiya Kubokunun qalibi Qətər millisi olub.
saytlarin hazirlanmasi