2023-cü ilin ən bahalı heyəti açıqlandı

15:49 - 15 Fevral 2024

"Mançester Yunayted"in 2023-cü ildəki heyəti tarixin ən bahalı heyəti kimi tarixə keçib.

Sportal.az “TASS” istinadən xəbər verir ki, bu barədə Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA) hesabatında deyilir.

UEFA "Mançester Yunayted"in heyətini 1,422 milyard avro dəyərində qiymətləndirib. Əvvəlki rekord İspaniyanın "Real”(Madrid) klubuna məxsus olub,

2020-ci ildə onların heyətinin transfer dəyəri 1,33 milyard avro olub. Siyahının dəyərinə görə ikinci və üçüncü yerləri müvafiq olaraq “Mançester Siti” (1,286 milyard avro) və “Çelsi” (1,084 milyard avro), dördüncü "Real" (1,031 milyard avro), beşinci isə PSJ (938 milyon avro) tutub.

Xəbər xətti