“Braqa”nın baş məşqçisi Artur Jorje Avropa Liqasının ilk pley-off mərhələsində “Qarabağ” məğlubiyyəti (2:4) şərh edib.
Sportal.az “A Bola”ya istinadən xəbər verir ki, Portuqaliya klubunun çalışdırıcısı komandasının uğursuz nəticəsi haqda bunları deyib:
"Əslində bu, izahı çətin olan bir məğlubiyyətdir. Həqiqət budur ki, biz müəyyən narahatlıq hiss etdik. Düşünürəm ki, parçalanmamaq və birləşmək üçün dərindən düşünməliyik. Gələn cümə axşamı cavab matçını keçirməliyik. Bu, istədiyimiz nəticə olmadı və oyun çox çətin keçdi, əsasən də bizim üçün. Qarşımızda çox çətin, ilk matçın başlamazdan əvvəlkindən qat-qat çətin bir vəzifə durur.Birinci hissədə bərabərlik qolunu vurduq, bu da bizi ikinci hissədə ikinci qol axtarışına çıxmağa sövq etdi. Sonra bu səviyyədə qəbul etmək çətin olan ikinci qolu buraxdıq. Qalan qollar bizim üçün uğursuz anlarda vuruldu. İndi biz irəliyə baxmalıyıq, bu nəticə bizi daha da diqqətli olmağa vadar edir ki, gedişatı bizim xeyrimizə çevirək".
Qeyd edək ki, “Qarabağ” – “Braqa” görüşü fevralın 22-də baş tutacaq.
saytlarin hazirlanmasi