"Yuventus"un müdafiəçisi Qleyson Bremer mövsümün sonunda komandanı tərk etməyə yaxındır.
Sportal.az "Tuttosport"a istinadən xəbər verir ki, Turin təmsilçisi braziliyalının gedişinə bir şərtlə razıdır, onu istəyən klub 75 milyon avro ödəməlidir.
26 yaşlı futbolçu özü də daha iddialı klubların formasını geyinməyi arzulayır. Hazırda Bremeri istəyən "Real" və "Mançester Yunayted"dir. Hər iki klub hazırda "Yuventus"la danışıq aparır.
Qleyson 2022-ci ilin yayında 44 milyon avro qarşılığında "Torino"dan "Yuventus"a transfer olmuşdu. Onun "qoca sinyora" ilə müqaviləsi 2028-ci il iyunun 30-da başa çatacaq.
saytlarin hazirlanmasi