Rusiya mətbuatının iddiasına görə, "Sabah"ın baş məşqçi postuna namizəd kimi göstərilən Aleksandr Kerjakovun adı daha bir klubla hallanmağa başlayıb.
Sportal.az xəbər verir ki, Rusiya mətbuatı indi də onun Tacikistanın “İstiklol” klubuna baş məşqçi təyin olunacağını iddia edib.
Lakin Düşənbə təmsilçisindən bu iddialarla bağlı açıqlama gecikməyib.
Belə ki, Tacikistan çempionunun mətbuat xidməti "Спорт-Экспресс"ə açıqlamasında Kerjakovla maraqlanmadıqlarını bəyan edib: “Biz bu məlumatı təsdiq edə bilmərik. Aleksandr Kerjakovla danışıqlar aparmırıq. Komandamız iki gün əvvəl bir neçə futbolçumuzun mübarizə apardığı Asiya Kubokundan sonra məşqləri bərpa edib. Yaxın günlərdə yeni baş məşqçinin adını açıqlayacağıq".
saytlarin hazirlanmasi