"Fənərbaxça" Super Liqa matçına ciddi itkilərlə çıxacaq

14:59 - 16 Fevral 2024

"Fənərbaxça" Türkiyə Super Liqasının 26-cı turu çərçivəsində səfərdə "Rizespor"un qonağı olacaq.

Sportal.az xəbər verir ki, İstanbul təmsilçisi matça ciddi itkilərlə çıxacaq. Fred və Coşua Kimmix zədəlidir. Brayt Osayi-Samuel isə Afrika Millətlər Kubokundan sonra komandaya qoşulmayıb.

Qeyd edək ki, "Rizespor" - "Fənərbaxça" qarşılaşması sabah Bakı vaxtilə saat 20:00-da baş tutacaq.

Xəbər xətti