Türkiyədə VAR danışıqları ictimaiyyətə açıqlanacaq

19:29 - 16 Fevral 2024

Türkiyə Futbol Federasiyası (TFF) VAR-la bağlı yenilik tətbiq edib.

Sportal.az xəbər verir ki, artıq VAR danışıqları ictimaiyyətə açıqlanacaq. Bu barədə TFF-nin rəsmi saytı məlumat yayıb.

Qanun Super Liqanın 26-cı turundan etibarən qüvvəyə minəcək. Baş hakimin VAR manitoruna çağırıldığı epizodların görüntüləri və danışıqları turun oyunları bitdikdən bir gün sonra "Youtube" vasitəsilə ictimaiyyətlə paylaşılacaq.

Xəbər xətti