Mahir Emreli “Dinamo”dakı gələcəyi ilə bağlı qərarını verdi

21:23 - 16 Fevral 2024

Azərbaycan milli komandasının vingeri Mahir Emreli “Dinamo”dakı gələcəyi ilə bağlı qərarını verib.

Sportal.az saytına verilən məlumata görə, 26 yaşlı futbolçu mövsümün sonunda “Dinamo”dan ayrılmaq qərarına gəlib.

Buna səbəb isə, ona istənilən qədər şans verilməməsidir. Qış hazırlığı dövründə zədələndiyi üçün müalicə olunan Emreli bu ayın sonuna qədər düşərgəyə qayıdacaq.

Lakin Mahirin yeni mövsümə fərqli komandada başlamaq istəyir. Onun xidmətində Türkiy, Rusiya, Səudiyyə Ərəbistanı klubları maraqlıdır.

Emreliyə bu qış “Kocaelispor”da sərfəli təklif olsa da, o, aşağı liqada oynamaq istəmədiyi üçün bundan imtina etmişdi. Əlavə edək ki, Mahir Emrelinin “Dinamo” ilə müqaviləsi 2026-cı il iyunun 30-da başa çatacaq.

Xəbər xətti