Monteneqro mətbuatı Qurbanovun Podqoritsadakı qollarını xatırladı, "Qarabağ"ın uğuruna diqqət çəkdi: "Tarix yazmağa davam edirlər"

22:44 - 16 Fevral 2024

Monteneqro mətbuatı "Qarabağ"ın və onun baş məşqçisi Qurban Qurbanovun uğurlarından yazıb.

Sportal.az xəbər verir ki, “Vijesti.me” portalı Ağdam klubunun vaxtı ilə milli komandamızın heyətində Serbiya və Monteneqroya vurduğu qolları da xatırladıb, onun haqqında bunları qeyd edib:

"Qurban Qurbanov komandanı ölkənin ən yaxşı klubuna və Avropanın hitinə çevirdi. Sonuncu nağıl Portuqaliyada baş verdi. Bizim oyunçular - Marko Yankoviç və Marko Vesoviçin də çıxış etdiyi “Qarabağ” “Braqa”nı məğlub edərək (4:2) Avropa Liqasının 1/8 final mərhələsinə bir addım da yaxınlaşdı. Monteneqronun Qurban Qurbanovdan ilk dəfə xəbər tutduğu, sonra isə onu əbədi xatırladığı Podqoritsadakı həmin soyuq çərşənbədən düz 21 il keçir.

Podqoritsada o vaxtkı azərbaycanlı hücumçudan da çox böyük usta futbolçular oynamışdı, amma onun yaratdığı şok unudulmaz idi. 2003-cü ilin fevralında Serbiya və Monteneqronun o vaxtkı milli komandasını şoka salmışdı və bir növ Qafqaz dağlarından olan naməlum oğlan özü haqda əfsanə yaratmışdı. Baş məşqçi Deyan Saviçeviçin rəhbərliyi altında sabiq millimizin Podqoritsada keçirdiyi nadir qarşılaşmalardan birində o vaxtlar futbolda autsayder olan Azərbaycanı qəbul edirdi. Predraq Miyatoviç və Nikola Lazetic qollarını vurdu, ardınca Qurban Qurbanov iki qolla ölkəsinə AVRO-2004-ün seçmə mərhələsində tarixi xal qazandırdı. Bundan sonra onun futbolçu karyerası daha üç il davam etdi və tezliklə məşqçiliyə üz tutdu. 2008-ci ildə həmin vaxta qədər cəmi bir dəfə Azərbaycan kubokunu qazanmış “Qarabağ”a rəhbərlik etdi. 

O vaxtdan 16 il keçsə də, Qurban Qurbanov indi də Ağdamın klubuna rəhbərlik edir. Məlumdur ki, "Qarabağ" Azərbaycan-Ermənistan münaqişəsi səbəbindən ev oyunlarını Bakıda keçirir. Qurbanov hələ də buradadır, muzeydə doqquz yeni çempionat kuboku ilə tamamlanıb və “Qarabağ”ın adı futbol dünyasında hər kəsə məlumdur.
Çox tez bir zamanda Qurban Qurbanov və bu klub UEFA turnirlərinin qrup mərhələsinə doğru irəliləməyə başladı. Pley-offda bir neçə ağrılı mübarizədən sonra “Qarabağ” nəhayət, 2014-cü ildə Avropa Liqasına vəsiqə qazandı. Həmin il İtaliyanın böyük klublarından olan "İnter" Bakıya gəldi və "Qarabağ"ı məğlub edə bilmədi (0:0). Qurban Qurbanovun komandasını qrupdan çıxmaqdan cəmi bir xal ayırdı. Üç il sonra “Qarabağ” Avropanın ən güclü turnirinin qrup mərhələsinə yüksəldi. Bu, tarixi məqam idi - Azərbaycanın ilk dəfə Çempionlar Liqasında təmsilçisi var idi. “Çelsi”, “Roma” və “Atletiko” ilə çox güclü qrupda Qurban Qurbanov və oyunçuları tarixi qələbə qazana bilmədilər, lakin İspaniya nəhəngi ilə iki heç-heçə ilə Çempionlar Liqasının pley-off mərhələsini qaçıran Dieqo Simeonenin komandasının nəticəsinə birbaşa təsir göstərdilər.

Klubun avrokubok nağılı bu mövsüm də davam etdi, indi həmin qara formada iki monteneqrolu - Marko Yankoviç və onun adaşı Vesoviç də oynayır. “Bayer”, “Molde” və “Hekken”lə qrupda oynadığı oyunlar sayəsində Azərbaycan çempionu çoxdan gözlənilən pley-off mərhələsinə yüksəldi, daha sonra isə Portuqaliyanın məşhur “Braqa Munisipal” stadionunda qeyri-real çıxışı ilə Avropanı şoka saldı. "Qarabağ" Bakıdakı cavab matçı öncəsi 4:2 hesablı qələbə ilə böyük üstünlük əldə edib. Təcrübəli və məşhur Joao Moutinyo 90+2-ci dəqiqədə penaltidən fərqlənməsəydi, Qurban Qurbanovun komandasının cavab oyunuöncəsi daha inamlı ola bilərdi. "Qarabağ" və Qurban Qurbanov birlikdə “Qafqaz Barselona”sıdır. Bu klub onun rəhbərliyi altında oynamağa başlayandan belə adlandırılır. Onlar tarix yazmağa davam edirlər”.

Mirbağırağa
 

Xəbər xətti