Millimizin sabiq üzvü "Dinamo"nun heyətində növbəti qolunu vurdu

09:34 - 18 Fevral 2024

Almaniyanın Şimal-Şərq Regional Liqasında 22-ci turun bir sıra oyunları baş tutub.

Sportal.az xəbər verir ki, Azərbaycan millisinin sabiq hücumçu Rüfət Dadaşovun formasını geyindiyi “Dinamo”(Berlin) səfərdə "Karl-Zeys Jena" ilə qarşılaşıb. Görüş qonaqların 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Dadaşov start heyətində yer alıb və artıq 5-ci dəqiqədə matçda hesabı açıb.

"Dinamo" 42 xalla 2-ci yerdədir. Azərbaycan millisinin sabiq forvardı hazırda 14 qolla bombardirlər yarışına başçılıq edir.

Xəbər xətti