Bu gün Azərbaycan Premyer Liqasında 23-cü turun daha iki oyunu baş tutub.
Sportal.az xəbər verir ki, ikinci oyun günündə meydana öncə "Sumqayıt" və "Turan Tovuz" komandaları çıxıb.
Sumqayıtda keçiriləcək matç bərabərliklə başa çatıb.
"Neftçi" isə "Zirə"ni qəbul edib. "Ağ-qaralar" bu matçda qələbə qazanmağı bacarıb.
"Sumqayıt" - "Turan Tovuz" 0:0
Sumqayıt, Mehti Hüseynzadə stadionu
Baş hakim: Rauf Cabarov
"Neftçi" - "Zirə" 1:0
Qol: Ervin Koffi 11
Bakı, "Neftçi Arena" stadionu
Baş hakim: Əliyar Ağayev
Turun daha bir oyunu fevralın 28-də baş tutacaq
19:00 "Qəbələ" - "Qarabağ"
Qəbələ, Şəhər Stadionu.
Bundan əvvəl turun iki oyunu baş tutub:
"Sabah" – "Kəpəz" 3:2
"Səbail" - "Araz-Naxçıvan" 2:2