"Spartak"ın sabiq müdafiəçisi: "Qarabağ"ın "Braqa"ya 4:2 qalib gəlməsi əsl sensasiyadır"

14:18 - 18 Fevral 2024

Rusiyanın "Spartak"(Moskva) klubunun sabiq müdafiəçisi Eduard Mor “Qarabağ”ın Avropa Liqasının ilk pley-off matçında “Braqa” üzərində səfərdə qazandıqları qələbəni (4:2) şərh edərkən ağdamlıların qapıçısı Andrey Lunev haqda danışıb.

Sportal.az xəbər verir ki, “Матч ТВ”yə danışan rusiyalı Ağdam klubunun əsas qolkiperi barədə bunları deyib:

"Başa düşdüyümə görə, Lunyov “Qarabağ”a məhz avrokuboklarda oynamaq üçün yollanıb. Düşünürəm ki, uğurlu oyunlardan sonra ona Rusiya klublarından təkliflər gələcək. Düşünürəm ki, geri qayıdacaq, yüksəlişdə olacaq. “Qarabağ”ın “Braqa”ya 4:2 qalib gəlməsi əsl sensasiyadır".

46 yaşlı veteran futbolçu “Spartak”, “Ximki”, “Torpedo” klublarında oynayıb.

Xəbər xətti