"Qarabağ" kimi böyük klubu məğlub etmək hər zaman xoşdur"

15:49 - 18 Fevral 2024

"Səbail"ə qarşı yaxşı oyun oynadıq. Qalib gəlmək istəyirdik. Həlledici məqamlarda bəxtimiz gətirmədi. Yoxsa, qələbə qolunu vurardıq. Artıq bu matç geridə qaldı. Biz yaxşı komandayıq. Uğurlar qazana bilərik".

Bu sözləri Sportal.az saytına açıqlamasında "Araz-Naxçıvan"ın qolkiperi Kristian Avram deyib.

O, Premyer Liqanın 23-cü turunun "Səbail"lə görüşdəki 2:2 hesablı bərabərliyi qeyd edib. Moldovalı qapıçı bu mövsüm "Səbail"ə qalib gələ bilməmələrinə bu cür aydınlıq gətirib:

"Hər bir komanda üçün əlverişsiz rəqib olur. Bəlkə də, "Səbail"lə görüşlərdə nəsə çatışmır. Lakin əminəm ki, bu komanda ilə növbəti oyunda isətidiymiz nəticəni qazanacağıq. Bilirəm ki, qələbə qazansaydıq, ikinci pilləyə yüksələ bilərdik. Hər halda, irəliləməyimiz mümkündür. Daha yaxşısını etməyə çalışacağıq".

Sonda isə, Avram Avropa Liqasının pley-off mərhələsinin "Braqa" ilə ilk görüşündə qalib gələn "Qarabağ" haqda fikirlərini bildirib və onları bu mövsüm məğlub etməklərini xatırlayıb: "Hər oyun tamam fərqli olur. "Qarabağ" kimi böyük tarixi olan, böyük klubu məğlub etmək bizim üçün hər zaman xoşdur. Amma çempionat marçları fərqlidir, avrokuboklar fərqli. "Qarabağ"ın avrokuboklardakı qələbələri Azərbaycan futbolu üçün üstünlükdür. Yaxşı işlər görürlər. Avrokuboklarda onlara uğurlar arzulayıram".

Xəbər xətti