Türkiyədə Superliqanın 26-cı turunun oyunları keçirilir.
Sportal.az xəbər verir ki, Azərbaycan milli komandasının qapıçısı Şahruddin Məhəmmədəliyevin qapısını qoruduğu "Adana Dəmirspor" səfərdə "Alanyaspor"la qarşılaşıb.
Görüş 3:3 hesabı ilə başa çatıb.
Məhəmmədəliyev meydana start heyətində daxil olsa da, hesab "Alanyaspor"un 2:0 xeyrinə olarkən, birinci hissədən sonra əvəzlənib.
Millimizin qolkiperi buraxdığı ikinci qol zamanı səhvə yol verib.
"Adana Demirspor" 97-ci dəqiqədə hesabı bərabərləşdirərək, məğlubiyyətdən xilas olub. Hazırda Adana təmsilçisi xalla 10-cu pillədədir.
saytlarin hazirlanmasi