"Xəzər Lənkəran"ın sabiq futbolçusu, "Roma"nın da formasını geyinmiş Adrian Pit Sportal.az saytına açıqlama verib.
Veteran futbolçu "Xəzər Lənkəran"ın fəaliyyətini bərpa edəcəyi ilə bağlı çıxan iddiaları dəyərləndirib və buna görə sevindiyini deyib:
"Xəzər Lənkəran"ın böyük futbola qayıdacağı ilə bağlı yayılan xəbərləri görəndə sevindim. Çox yaxşı xəbərlərdir. İnanıram ki, onlar Premyer Liqaya qayıdacaq. Mən hər zaman deyirdim ki, lənkəranlı azarkeşlər Premyer Liqada mübarizə aparacaq komandaya layiqdirlər. "Xəzər Lənkəran" Premyer Liqaya qayıtsa, Lənkərana yollanıb oyunlarını canlı izləyəcəm. Mübariz Mənsimovun "Xəzər Lənkəran"a maliyyə buraxacağına da inanıram. Hər halda, bu arzunu yalnız o gerçəkləşdirə bilər".
Qeyd edək ki, Adrian Pit 2007-2010-cu illərdə “Roma”, 2011-2014-cü illərdə isə “Xəzər Lənkəran”da çıxış edib.
saytlarin hazirlanmasi