"Neftçi"nin keçmiş qolkiperi: "Lunyovun "Qarabağ"a keçidinə görə şadam"

19:44 - 18 Fevral 2024

Rusiyanın ÇSKA(Moskva) klubunun qapıçılar üzrə sabiq məşqçisi Vyaçeslav Çanov “Qarabağ” ın qapıçısı Andrey Lunyovun son oyunlardakı çıxışını dəyərləndirib.

Sportal.az xəbər verir ki, “РБ Спорт”a açıqlama verən rusiyalı mütəxəssis Ağdam klubunun qolkiperinin performansı haqda bunları deyib: 

"Lunyovun "Qarabağ"a keçidinə görə şadam. Bu komanda Avropa Liqasında çıxış edir. Andrey göz qabağındadır. Onun Avropa Liqasının simvolik komandasına daxil olması çox xoşdur (Sofascore portalının məlumatına görə, Portuqaliya "Braqa"sı ilə ilk pley-off matçının nəticələrinə görə - 4:2). Lunyov millinin martdakı təlim-məşq toplanışına dəvət almalıdır? Millinin qapıçılar üzrə məşqçisi Kafanov hər şeyi mükəmməl görür. Andrey bundan əvvəl də milliyə çağırılmışdı. Əgər millinin hansısa məqsədi varsa, Lunyova zəng edə bilərlər".

Qeyd edək ki, 72 yaşlı veteran qolkiper karyerası ərzində “Torpedo”(Moskva), “Neftçi”, ÇSKA, “Optik”(Almaniya) klublarının qapısını qoruyub. Bununla yanaşı, o, SSRİ millisinin də üzvü olub.

Xəbər xətti