"Qalatasaray" "Fənərbaxça"nın sabiq qapıçısı ilə anlaşdı

22:21 - 18 Fevral 2024

"Qalatasaray"ın əsas qolkiperi Fernando Muslera yeni mövsümə bu komandada başlamayacaq. Buna görə də İstanbul klubu artıq yeni qolkiper axtarışına çıxıb.

Sportal.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, "cim-bom" "Fənərbaxça"nın sabiq qapıçısı Altay Bayındırla anlaşıb.

25 yaşlı futbolçunun "Mançester Yunayted"lə müqaviləsi 2027-ci il iyunun 30-na qədərdir.

O, 2023-cü il sentyabrın 1-də “Fənərbaxça”dan İngiltərə klubuna keçib. Buna qədər isə Altay “Ankaragücü”nün də qapısını qoruyub.
 

Xəbər xətti