"Qarabağ"ın sabiq futbolçusu Pedro Enrike karyerasında dəyişiklik edib.
Sportal.az xəbər verir ki, yarımmüdafiəçi “İnternasyonal”dan ayrılaraq Braziliyanın başqa klubuna keçib. O, "Korintians"la müqavilə imzalayıb.
33 yaşlı yarımmüdafiəçi karyerası ərzində “Sürix”, “Renn”, PAOK, “Astana”, “Kayserispor”, “Sivasspor” kimi komandaların formasını geyinmişdi.
Qeyd edək ki, Enrike “Qarabağ”ın tarixində Çempionlar Liqasının qrup mərhələsində ilk qolu vurmuş futbolçudur. O, 2017/2018 mövsümündə “Roma” (1:2) ilə Bakıda keçirilmiş görüşdə qol vurmuşdu.
saytlarin hazirlanmasi