Türkiyə birinci liqanın 23-cü turunun bir sıra oyunları baş tutub.
Sportal.az xəbər verir ki, Azərbaycan millisinin yarımmüdafiəçisi Coşqun Diniyevin formasını geyindiyi “Ümraniyespor” doğma meydanda liqanın lideri olan “Eyüpspor”la qarşılaşıb.
Matç meydan sahiblərinin məğlubiyyəti ilə başa çatıb – 1:3.
Diniyev 62-ci dəqiqədə meydana daxil olub. Hazırda "Ümraniyespor" 27 xalla 13-cü pillədə qərarlaşıb.
saytlarin hazirlanmasi