Azərbaycan yığması Belarusa uduzdu

09:17 - 19 Fevral 2024

Belarusun paytaxtı Minskdə təşkil olunan beynəlxalq turnirdə iştrak edən 17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası ilk oyununu keçirib.

Sportal.az xəbər verir ki, Belarusun U-18 komandası ilə qarşılaşan millimiz 0:2 hesabı ilə məğlub olub.

Bu barədə AFFA məlumat yayıb.

U-17 turnirdə növbəti oyununu fevralın 20-də Rusiyanın müvafiq yaş qrupundan ibarət komandasına qarşı keçirəcək.    

Xəbər xətti