Hüseynovun komandası Bolqarıstan çempionatında növbəti dəfə uduzdu

12:17 - 19 Fevral 2024

Bolqarıstan çempionatında 21-ci turun matçları baş tutub. 

Sportal.az xəbər verir ki, Azərbaycan milli komandasının üzvü Cəlal Hüseynovun formasını geyindiyi "Arda" növbəti görüşünü keçirib. 

Cəlalın komandası "Lokomotiv"lə (Plovdiv) üz-üzə gəlib və 1:2 hesabı ilə uduzub. Cəlal meydana start heyətində çıxıb və sona qədər də oynayıb. 

"Arda" 31 xalla 7-ci pillədədir.

Xəbər xətti