"Adana Demirspor"un baş məşqçisi Hikmət Karaman Türkiyə Superliqasının 26-cı turunun "Alanyaspor"la matçın (3:3) ilk yarısından sonra millimizin qolkiperi Şahruddin Məhəmmədəliyevi əvəzləməsinin səbəbini şərh edib.
Sportal.az "Hürriyet" qəzetinə istinadən xəbər verir ki, təcrübəli mütəxəssis qərarını belə əlaqələndirib:
"Fərdi səhvlərdən sonra vəziyyəti dəyişmək çətindir. İkinci hissə qapıçının əvəzlənməsi ilə başladı (0:2). Bütün riskləri öz üzərimə götürdüm. Qapıçı iki qol buraxdı və təbii ki, ruhdan düşdü. Belə olur, o bizim futbolçumuzdur. Problem deyil. Vedat Karakuş penaltini dəf etdi. O, əsas heyət uğrunda rəqabətə hazır olduğunu göstərdi".
Qeyd edək ki, "Adana Demirspor" ilk yarını 0:2 məğlub başa vursa da, görüş 3:3 hesabı ilə başa çatıb.
saytlarin hazirlanmasi