"Qarabağ" Portuqaliyada möhtəşəm qələbə qazandı. Əməyi keçən hər kəsi təbrik edirəm. "Qarabağ"ın uğurlarına Türkiyədə sevinirik. Həm oyun olaraq, həm də nəticə olaraq "Qarabağ"ın "Braqa" qarşısındakı oyunu bu turun ən önəmli nəticəsi idi. Məncə, sürpriz deyildi".
Bu sözləri Sportal.az saytına açıqlamasında Mehmet Ak deyib. "Qarabağ"da çalışmış türkiyəli mütəxəssis Ağdam klubunun avrokublardakı uğurlu nəticələrinin Türkiyədə gündəmdə olduğunu bildirib: "İkinci matça da eyni ciddiyyətlə çıxmaq lazımdır. Məncə, növbəti mərhələyə daha yaxın komanda "Qarabağ"dır. Onlar göstərdi ki, artıq oyun oynamaq lazımdır. Oynadığın oyunun gücü, mahiyyəti artıq rəqiblərin adından daha önəmlidir. Yəqin ki, gördünüz, "Latsio" da evdə "Bavariya"nı məğlub etdi".
Ak, hazırda "Qarabağ"la yanaşı Avropa Liqasında çıxış edən "Qalatasaray"ı Azərbaycan çempionu ilə müqayisə etmək istəməyib: "Qarabağ"ın "Qalatasaray"la müqayisə edilməsinə ehtiyac yoxdur. İki komandanın oyunları fərqlidir, fərqli liqalarda oynayırlar, fərqli rəqibləri və strategiyaları var. Ona görə də bu iki komanda arasında müqayisə etmək şansımız yoxdur. Dəyərli olan əldə edilən qələbələrdir. Azərbaycan futbolunun bu cür uğura ehtiyacı var. Ümid edirəm ki, davamı gələcək".
41 yaşlı mütəxəssis “Qarabağ” və “Neftçi”də köməkçi, “Ankaraspor”, “1461 Trabzon”, “Adıyaman 1954”, “Dersimspor” klublarında isə baş məşqçi kimi fəaliyyət göstərib.
Mirbağırağa
saytlarin hazirlanmasi