“Sumqayıt” heyətinə yeni əcnəbi futbolçu cəlb etməyi planlaşdırır.
Sportal.az "Fútbol Ecuador" portalının yazdığına görə, "kimyaçılar" ekvadorlu yarımmüdafiəçi Xordon Rezabalanı transfer etməyə hazırlaşır.
Tərəflərin yaxın günlərdə müqavilə imzalayacağı gözlənilir.
Ekvadorun U-23 yığmasında oynamış 23 yaşlı yarımmüdafiəçinin son klubu yerli “Quayakil Siti” olub. Buna qədər isə Rezabala “Tixuana”, “Dorados”, “Olmedo” komandalarında oynayıb.
saytlarin hazirlanmasi