Portuqaliyanın "Braqa" klubunun baş məşqçisi Artur Jorje ölkə çempionatının 22-ci turunda "Farense" üzərində qazanılan qələbəni (2:1) şərh edərkən, Avropa Liqasının “Qarabağ”a qarşı keçiriləcək cavab pley-off matçına da toxunub.
Sportal.az "O Jogo"ya istinadən xəbər verir ki, Portuqaliyanın klubunun çalışdırıcısı bu cür danışıb:
"Avropa Liqasının cavab oyunu üçün fərqli düşüncə tərzi ilə hazırlaşacağıq? Əlbəttə, elədir. Biz çempionatda yenidən qazandıq, inamımızı və motivasiya səviyyəmizi artırmaq vacib idi. Diqqətimizi "Qarabağ"la Bakıda keçiriləcək oyuna yönəltməyə başlayırıq. Növbəti mərhələyə yüksəlmək şanslarımızı artırmaq üçün sona qədər mübarizə aparmalıyıq. Rikardo Horta bu görüşə 95 faiz hazır olacaq".
"Qarabağ" - "Braqa" matçı bu cümə axşamı Tofiq Bəhramov adına stadionda keçiriləcək və saat 21:45-də başlayacaq.
saytlarin hazirlanmasi