Polşa mətbuatı millimizin üzvü haqda: "Əsas günahkar Məmmədovdur"

14:33 - 19 Fevral 2024

Polşa mətbuatı “LKS Lodz”un müdafiəçisi Rahil Məmmədovun ölkə çempionatının 21-ci turunun “Vidzev”ə qarşı keçirilmiş oyundakı (0:2) performansını qiymətləndirib.

Sportal.az “Łódzki Sport” portalına istinadən xəbər verir ki, polşalı həmkarlarımız milli komandamızın üzvünün buraxılan ilk qolda günahkar olduğunu yazıblar:

"Rahil ilk hissədə bu ümidsiz matçın ən parlaq oyunçularından biri idi. O, çox ağıllı oynadı. Lakin ikinci hissədə Məmmədov daha qısa olan Jordi Sançesə onun üzərindən tullanaraq qol vurmasına icazə verdi. İlk buraxılan qolun əsas günahkarı Məmmədovdur".

Qeyd edək ki, “LKS Lodz” 10 xalla 18 komanda arasında sonuncu pillədədir.

Mirbağırağa

Xəbər xətti