Rusiya mətbuatı “Qarabağ” və Andrey Lunyovun Azərbaycan Premyer Liqasında bu mövsümkü çıxışından yazıb.
Sportal.az xəbər verir ki, “Чемпионат” portalı rusiyalı qolkiperin ölkə xaricində ilk dəfə titul qazanmağa yaxın olduğunu qeyd edib:
"Görünür ki, yalnız möcüzə Lunyovun Azərbaycanda çempionluq yaşamasına mane ola bilər. Çempionatın bitməsinə 14 tur qalmış “Qarabağ” ən yaxın izləyicisini 15 xal qabaqlayır. Çox yaxşı fərqdir! "Qarabağ" artıq 55 qol vurubsa, liqada ikinci ən yaxşı göstərici 36-dır. Lunyov "Qarabağ"da ilk mövsümünü keçirir. Bundan əvvəl o, iki mövsüm “Bayer”də ehtiyatında oturub və bu müddət ərzində cəmi 3 matçda iştirak etmişdi. Andrey Almaniya klubundan azad agent kimi ayrıldı və indi Rusiyadan kənarda ilk kubokunu qazanmağa yaxındır. Bu mövsüm Lunyov bütün turnirlərdə 21 oyun keçirib, 26 qol buraxıb və 7 dəfə qapısını toxunulmaz saxlayıb. Yeri gəlmişkən, “Qarabağ” bütün turnirlərdə çıxışını davam etdirir. Komanda Azərbaycan kubokunun yarımfinalına çıxıb və Avropa Liqasının pley-off mərhələsinə yüksəlib".
Qeyd edək ki, Andrey Lunyov mövsümün əvvəlində "Qarabağ"la müqavilə imzalayıb.