Portuqaliyanın "Braqa" klubunun Avropa Liqasının pley-off mərhələsində “Qarabağ”a qarşı keçirəcəyi oyun üçün səfər proqramı (ilk oyun 2:4) bəlli olub.
Sportal.az xəbər verir ki, Artur Jorjenin rəhbərlik etdiyi kollektiv bu gün axşam saatlarında Bakıya uçacaq.
Sabah isə "Braqa" Bakıda yeganə məşqini keçirəcək. Portuqaliya klubunu Bakıda 100-ə yaxın azarkeşin dəstəkləyəcəyi gözlənilir.
Qeyd edək ki, “Qarabağ" - "Braqa" cavab oyunu fevralın 22-də Tofiq Bəhramov adına stadionda keçiriləcək və saat 21:45-də başlayacaq.
saytlarin hazirlanmasi