Azərbaycan millisində oynamış forvard İran klubunda - FOTO

20:22 - 20 Fevral 2024

Azərbaycan millisində çıxış etmiş Ali Qorbani İran klubunda oynayacaq.

Sportal.az xəbər verir ki, əslən İrandan olan forvard "Paykan"la müqavilə imzalayıb. Qorbani mövsümün sonuna qədər bu komandaya kömək edəcək.

33 yaşlı hücumçu "Fulad"dan ayrıldıqdan sonra klubsuz qalmışdı. 

O, yığmamızda 8 oyuna çıxıb, sonradan isə milliyə dəvət edilməmişdi.

Xəbər xətti