Avropa Liqasının pley-off mərhələsinin "Qarabağ” – “Braqa” (Portuqaliya) görüşündən əvvəl təşkil ediləcək mətbuat konfransları və media nümayəndələri üçün açıq məşqlərin vaxtları dəqiqləşib.
Sportal.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Ağdam klubunun çalışdırıcısı Qurban Qurbanov mətbuat önünə fevralın 21-də saat 13:00-da Tofiq Bəhramov adına Respublika stadionunun konfrans zalında çıxacaq. Komandanın media nümayəndələri üçün açıq məşq isə (ilk 15 dəqiqə) 17:30-da "Azersun Arena"da baş tutacaq.
"Braqa"nın çalışdırıcısı Artur Jorjenin mətbuat konfransı isə 20:30-da Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunacaq. Portuqaliya klubu həmin stadionda 15 dəqiqəsi media üçün açıq olacaq məşqi 21:30-da başlayacaq.
saytlarin hazirlanmasi